Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR "GƏNC HƏKİMLƏR BİRLİYİ"NDƏN DÜYƏRLİDƏ PULSUZ SÜNNƏT AKSİYASI

27 yanvar 2020 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizdə ilk dəfə Şəmkirdə “Gənc Həkimlər Birliyi”nin yaradılmasında əsas məqsəd Prezident Cənab İlham Əliyevin ölkəmizdə kimsəsiz və aztəminatlı ailələrə pulsuz tibbi dəstək göstərilməsi tapşırıqlarından irəli gələn ən uğurlu seçim idi.

Bu gün “Gənc Həkimlər Birliyi” rayonun Düyərli kəndində pulsuz sünnət aksiyası və sakinlərin müayinə və müalicəsini həyata keçirib, kənddə sözün həqiqi mənasında bayram əhvalı yaradıblar.

Belə ki, kəndin sakinləri, xüsusilə də aztəminatlı ailələrin müayinəyə axımı sağlamlığın gənc keşikçilərinə olan inamın, sevginin bariz nümunəsidir. Bu gün kənddə həkimə ehtiyacı olan hər kəs orada idi. Hətta onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və “Gənc Həkimlər Birliyi”nə minnətdarlıqlarını bildirmək üçün gələnlər də az deyildi.

Birlik üzvləri Düyərlidə 18 nəfər uşağı sünnət edib, 116 sakinin pulsuz tibbi müayinəsini həyata keçiriblər.

Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.

Keçidlər