Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR İƏD-DƏ 2019-CU İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNUB

24 yanvar 2020 | 16:00

Bu gün Şəmkir rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun iştirakı ilə Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin 2019–cu ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Pərviz İbrahimov hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verib.

Pərviz İbrahimov bildirib ki, Şəmkir şəhəri ərazisində yerləşən parkların, istirahət mərkəzlərinin və eyni zamanda küçələrin təmiz saxlanılması, yaşıllıqların qorunması üçün mütamadi tədbirlər görülür: "Bütün bu işlərlə yanaşı gələcəkdə şəhər ərazisində olan nöqsanların aradan qaldırılması, Şəmkir şəhərinin daha da gözəlləşməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Digər məruzəçilər də sahələrinə uyğun olaraq 2019-cu ilin yekunları haqqında məlumat veriblər.

Hesabat iclasında çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışıb.

Alimpaşa Məmmədov ölkənin, onun regionlarının davamlı inkişafı prosesində Şəmkirin də bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırdı: “Son on ildə Şəmkir rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, emal müəssisələri yaradılmış, Şəmkir şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Ölkə Prezidenti cənab İlham Əliyevin Şəmkirə olan sevgisi sayəsində rayonumuz Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirilib”.

Keçidlər