Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Əmək yarmarkası keçirildi

26 noyabr 2014 | 16:00

26 noyabr 2014-cü il tarixində Şəmkir rayon İcra Hakimiyyəti və Məşğulluq Mərkəzi tərəfindən Şəmkir şəhər Əhməd Cavad adına Mədəniyyət Mərkəzində qabaqcadan elan olunmuş “Əmək Yarmarkası” keçirilmişdir. Təşkil olunmuş “Əmək Yarmarkası”nda 15 dövlət, 7 qeyri-dövlət olmaqla 22 müəssisə və təşkilat tərəfindən 226 boş (vakant) iş yerləri təqdim olunmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz vətəndaşlardan 45 nəfəri dövlət, 12 nəfəri isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən işlə təmin olunmaları üçün göndəriş verilmişdir. Yarmarkanın açılışında Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov və Dövlət Məşğulluq Xidmətinin məsul işciləri  iştirak etmiş və tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri ilə tanış olmuşlar, həmçinin öz tövsiyələrini iştirakçılarla bölüşüblər.

Keçidlər