Şriftin ölçüsü :

Saytın rəngi :

"CƏNAB PREZİDENTİ XALQIMIZA SEVDİRƏN ƏN BÖYÜK CƏHƏTLƏRDƏN BİRİ..."

23 yanvar 2020 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu gün keçirilən vətəndaşların şifahi qəbulu zamanı 94 nəfərin müraciətini dinləyib. Hər zaman olduğu kimi, bu günki qəbula da insanlar böyük ümidlə gəlmişdirlər.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdi.

İcra başçısı bildirib ki, Prezident Cənab İlham Əliyev yürütdüyü siyasətdə həmişə vətəndaş amilinə önəm verib. Məhz bu siyasətin çox diqqətçəkici istiqamətlərindən biri də onun vətəndaşlarla bağlı prinsiplərə söykənməsdir: “Ölkə Prezidentini xalqa sevdirən ən mühüm cəhətlərdən biri də odur ki, o, heç vaxt problemlərdən yan keçmir, əksinə, onları öyrənir və həlli üçün cəsarətli, qəti tədbirlər görür, bunu hər bir dövlət məmurundan tələb edir. Əmin olun ki, Cənab Prezidentin ən xoş günü xalqımızı xoşbəxt gördüyü gündür”.

Qəbul zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

Heç vaxt sakinlərin inamını boşa çıxarmayan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə vətəndaşlarla münasibətə həssas olmağı, onların dərdinə şərik olmağı, problemlərini öz problemləri kimi həll etmək istiqamətində ciddi tapşırıqlar verib.

Keçidlər