Bu kəndlərin icra nümayəndələri hesabat verdilər
Şəmkir rayon İcra Hakimiyyəti başçısının Yeni Həyat, Təzəkənd, Yeniabad, Dağ Cəyir, Yeni Göyçə, Çaykənd, Mehirli, Könüllü, Sarıtəpə, Tatarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin 2019 – cu ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.
Yeni Həyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev iştirak edib. Digər adı çəkilən kəndlərdə də icra nümayəndələrinin hesabat iclaslarında Şəmkir Rayon İcra Hakimiyyətinin əkdaşları iştirak ediblər.
Kənd sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə keçirilən hesabat yığıncaqlarında inzibati ərazi dairəsi üzrə nümayəndələr məruzə ilə çıxış edib, hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.