Bu kəndlərin icra nümayəndələri hesabat verdilər
Şəmkir rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli, Mahmudlu, İrmaşlı, Keçili, Çinarlı,Şeidlər, Hacıalılar, Qaracəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin 2019 – cu ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.
Yuxarı Seyfəli, Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev iştirak edib.
İrmaşlı İƏD üzrə nümayəndənin hesabatında başçının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev, Ərazi idarəetmə və yerli özünidarəetmə şöbəsinin müdiri Rasim Mustafayev Çinarlı qəsəbəsi və Keçili kəndində, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənan Quliyev Hacıalılar kəndində, Şeidlər İƏD üzrə nümayəndəlikdə isə Hüquq Şöbəsinin müdiri Ruslan İsmayılov icra nümayəndələrinin hesabatını dinləyiblər.
Kənd sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə keçirilən hesabat yığıncaqlarında inzibati ərazi dairəsi üzrə nümayəndələr məruzə ilə çıxış edib, hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.