Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov rayonun təhsil işçiləri ilə görüş keçirmişdir.

22 noyabr 2014 | 16:00

22.11.2014-cü il tarixdə Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov təhsil işçiləri ilə görüşmüşdür.
            Təhsil işçiləri ilə görüşdə rayonda Təhsildə mövcud problemlər və bu problemlərin aradan qaldırılması üçün görülən işlər müzakirə olunub.
     Tədbirdə İcra Başçısı Alimpaşa Məmmədov tədbir iştirakçılarına respublikada və rayonumuzda gedən sosial iqtisadi inkişaf haqqında məlumat vermiş, Azərbaycanda təhsilə dövlət tərəfindən hər tərəfli qayğı göstərilməsindən, yeni məktəblərin və digər tədris ocaqlarının tikintisindən, təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulmasından, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsinin vacibliyindən və digər bu kimi sahələrdə mühüm uğurlar əldə olunmasından danışmışdır.
   Tədbir müddətində İcra Hakimiyyəti Başçısının müavini  Sona Əliyeva məruzəsi dinlənilmişdir. Icra başçısı Alimpaşa Məmmədov məruzənin bəzi məqamları ilə iştirakçıları tanış etmiş  və görüş qarşılıqlı müzakirələr əsasında sona çatmışdır.

Keçidlər