Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ YAŞAYAN XRİSTİANLAR MİLAD BAYRAMINI QEYD EDİBLƏR

07 yanvar 2020 | 16:00

Bu gün Milad bayramında İsa peyğəmbərin anadan olması qeyd edilir. Xristianlar mənsub olduqları məzhəblərdən asılı olaraq, bu bayramı müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər.

Bu münasibətlə Şəmkir rayonunda fəaliyyət göstərən Rus icmasının təşkilatçılğı ilə bayram tədbiri keçirilib.

Tədbirdə Şəmkir Rayon İca Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun azsaylı xalqlarından olan icma üzvləri iştirak ediblər.

Bayram tədbirində çıxış edən icra başçısı Azərbaycanın tolerant bir dövlət olduğunu multikulturalizmin xalqımızın adi həyat tərzinə çevrildiyini görüş iştirakçılarının diqqətinə çatdırırıb: “Müstəqil Azərbaycan dövləti hər zaman ölkəmizdə yaşayan azsaylı xalqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə diqqətlə yanaşdı, qayğı göstərdi. Cənab Prezident İlham Əliyev tərəfindən bu siyasət bu gün də davam etdirilir. Nəticədə ölkəmizdə ta qədim zamanlardan müxtəlif millətlərin və dinlərin nümayəndələri bir-biri ilə qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar”.

Rus icmasının üzvləri isə çıxış edərək “Milad” bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıblar. Həmçinin, bayram münasibətilə təbriklər səsləndirilib.

Keçidlər