Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir.

21 noyabr 2014 | 16:00
21 noyabr 2014 – cü il tarixdə Şəmkir rayon İcara Hakimiyyəti başçısı Aparatında, Şəmkir rayon İcra hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, adiyyatı idarələrin, təşkilatların, xidmət sahələrinin rəhbərləri, İnzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:15 – da başlamış və saat  18:45 – dək davam etmişdir.Qəbula yazılmış 117 nəfər vətəndaşın müraciəti dinlənilmiş,vətəndaşlar tərəfindən edilmiş çox saylı müraciətlərin əksəriyyəti  torpaq, mənzil, iş, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur. Vətəndaşlar tərəfindən edilmiş bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin  həlli ilə bağlı adiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər