Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

27 dekabr 2019 | 16:00

Şəmkirdə hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.

Səhiyyə Nazirliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan aksiyaya rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları qatılıblar.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və icra hakimiyyəti aparatının məsul işçilərinin də qoşulduğu aksiyada bu ana kimi 300-ə yaxın insan donor qismində iştirak edib.

Qeyd edək ki, toplanan qan hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Mərkəzi Qan Bankına göndərilir.

Keçidlər