ŞƏMKİRLİ SAHİBKARLAR İLK DƏFƏ HƏŞTƏRXANA BİRBAŞA MƏHSUL GÖNDƏRDİLƏR
21 dekabr 2019 | 16:00
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Şəmkirli sahibkarların da xaricə, xüsusilə də Rusiya bazarına məhsul istehsalında işlərini sözün həqiqi mənasında asanlaşdırıb.
Belə ki, artıq yerli fermerlər istehsal etdikləri məhsulları birbaşa Rusiya bazarına çıxara biləcəklər.
Bu gün ilk dəfə 160 ton yerli məhsullar “Azərbaycan Dəmir Yolları”-nın vaqonlarından ibarət, Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən qatara qoşularaq Rusiyanın Həştərxan şəhərinə yola salınıb.
Şəmkirli sahibkarlar onlar üçün yaradılan münbit şəraitə, göstərilən dəstəyə görə Prezident Cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.