Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov Çinarlı qəsəbə sakinləri ilə görüş keçirdi.

18 noyabr 2014 | 16:00
18  noyabr  2014 – cü  il  tarixdə,  Şəmkir  rayon  İcra  hakimiyyətinin  Başçısı cənab Alimpaşa Məmmədov 2 saylı qəsəbə tam orta məktəbin həyətində  Çinarlı  qəsəbə sakinləri ilə görüş keçirmişdir. Görüşdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə  orqanlarının,  aidiyyatı  idarə  və   təşkilat   rəhbərləri,  Çinarlı qəsəbəsində yerləşən yerli qurumların rəhbərləri  iştirak etmişdir.
Sakinlərlə görüş zamanı Şəmkir rayon İcra Hakimiyyətinin  Başçısı cənab Alimpaşa Məmmədov geniş çıxış etmiş, son illərdən bəri Şəmkirdə gedən  abadlıq quruculuq, işlərinin hər biri ilə yaxından tanış olduğunu bildirmişdir
Görüş zamanı Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 noyabrda Şəmkir rayonuna etdiyi səfərdə rayonumuza verilmiş  yüksək qiymətdən danışmış, səfər zamanı açılmış Şəmkirçay su anbarının, Çörək zavodunun və təməli qoyulmuş Aqropark  kompleksinin əhəmiyyətindən geniş məlumat verərək  bildirmişdir ki, bu layihə 1,5 – 2 ildə tam istifadəyə veriləcək və layihə Şəmkir rayonu üçün böyük əhəmiyyət kəsb edəcəkdir.
Sonra Şəmkir rayon İcra Hakimiyyətinin  Başçısı Alimpaşa Məmmədov qəsəbə sakinlərini dinləmiş, onların mövcud problemləri ilə yaxından tanış olmuş və onların müraciətlərinin həlli ilə bağlı adiyatı qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.
Görüşün sonunda qəsəbə sakinləri onlarla görüşə gəlib vətəndaşları qəbul etdiyinə və onların problemləri ilə yaxından tanış olduqlarına görə Rayon İcra Hakimiyyətinin Başçısı cənab  Alimpaşa Məmmədova öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra, Şəmkir rayon İcra hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov Çinarlı qəsəbə tibb məntəqəsinə gələrək tibb işçiləri ilə görüşmüş, tibb məntəqəsində müalicə alan xəstələrlə söhbət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır . 
Qəsəbə sakini, iş adamı Quliyev Məhərrəm Novruz oğlu tərəfindən alınmış Rusiya istehsalı olan Sobol  markalı təcili tibbi yardım avtomobilinin açarı, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov tərəfindən Çinarlı qəsəbə tibb məntəqəsinin baş həkimi Altay Quliyevə  təqdim etmişdir.
Sakinlərlə görüşdən sonra rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov Çinarlı qəsəbə İnzibati Ərazi Dairəsinin binasını, həmçinin  dairə seçki məntəqəsi və qəsəbə  stadionunda olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər