Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI ŞƏHİD TOFİQ CƏFƏROVUN AİLƏSİNİ ZİYARƏT EDİB

19 dekabr 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun məzarını ziyarət edib, ailəsinə baş çəkib.
Görüş zamanı icra başçısı şəhid ailəsinin problemləri ilə maraqlanıb.

Alimpaşa Məmmədov ölkə başçısı Cənab İlham Əliyevin şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyini bildirib:

"Cənab Prezidentin hər zaman şəhid ailələrinə diqqət və qayğısının şahidi olmuşuq. İmzalanan fərman və sərəncamlar, görülən bütün işlər bunu bir daha sübut edir. Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın unudulmaması, şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması ölkə başçısının yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir. Bu, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur”.

Şəhidin ailə üzvləri- atası Cəfərov Məhərrəm Qədir oğlu, anası, Şəmkirdə yaşayan azsaylı xalqların nümayəndəsi olan Cəfərova Lyuda Feafovna Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçımıza və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulayıblar.

Keçidlər