Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI TƏLİM KEÇƏN GƏNCLƏRƏ BAŞ ÇƏKİB

19 dekabr 2019 | 16:00

"Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili" təlim-seminarı Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində davam edir.

Hər zaman olduğu kimi gənclərə xüsusi dəstək göstərən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təlim iştirakçılarına yerində baş çəkərək onlara fəaliyyətlərində uğurlar arzu edib və gənclərə Şəmkirdə özlərini evlərindəki kimi hiss etmələrini bildirib.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə 5 gün (17-21 dekabr tarixlərində) Şəmkir GİKM də davam edəcək

Keçidlər