HƏRBİ ŞƏHƏRCİKDƏ 300 TONLUQ SUTUTAR İSTİFADƏYƏ VERİLİB
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərinHərbi şəhərcik adlanan ərazisində yaşayan sakinlər üçün çox böyük əhəmiyyət kəsb edən 300 tonluq sututar istifadəyə verilib.
Bununla da həmin ərazidə yaşayan sakinlərin suya olan tələbatı tamamilə ödənilib və yaranan problemlər aradan qaldırılıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti Cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, sututarın tikintisi ilə yanaşı daha əvvəl Şəmkir bələdiyyəsi tərəfindən Hərbi şəhərcikdə insanların rahatlığının təmin edilməsi məqsədilə əraziyə oturacaqlar düzülüb, eyni zamanda gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün stadion tikilərək istifadəyə verilib.