İCRA BAŞÇISI YUXARI SEYFƏLİ SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB-FOTOLAR
Şəmkirdə vətəndaş amilini hər zaman ön plana çəkən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rəsmi qəbul günündən başqa rayonun müxtəlif kənd və qəsəbələrində sakinlərlə görüşləri davam edir.
Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeşliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar.
Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan rayon İcra Hakimiyyəti başçısı bu gün rayonun Yuxarı Seyfəli kənd sakinlərini fərdi şəkildə qəbul edib.
Kənd sakinlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edən Alimpaşa Məmmədov bildirib ki, bu gün xalqımızın sosial müdafiəsinin təmin edilməsi istiqamətində Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək vətəndaşlarımıza layiqli xidmət etməyə çalışırıq.
Daha sonra fərdi şəkildə müraciət etmək istəyən vətəndaşlar dinlənilib.
Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.