Şriftin ölçüsü :

Saytın rəngi :

22 YAŞLI GƏNC XANIMA ŞƏMKİR RİH-DƏ VƏZİFƏ VERİLDİ

18 dekabr 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni kadr təyinatı olub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Əliyeva Rəhimə Yalçın qızı Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında baş mütəxəssis vəzifəsinə təyin edilib.

R.Əliyeva 25 may 1997-ci ildə Şəmkir şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

Daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında könüllü kimi fəaliyyət göstərib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Rəhimə Əliyevanı təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər