Şəmkir rayonunda II Beynəlxalq Aşıq Festivalının bağlanış mərasimi keçirilmişdir.
16 noyabr 2014 | 16:00
16 noyabr 2014 – cü il tarixdə saat 18 : 00 – da Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə baş tutan II Beynəlxalq Aşıq Festivalının bağlanış mərasimi keçirilmişdir. Festivalda Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyası, Azərbaycanın bütün bölgələrindən aşıqlar və Azərbaycanın görkəmli ziyalısı - professor Qəzənfər Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev də iştirak edirdi. Tədbiri cənab Alimpaşa Məmmədov açaraq, ilk öncə gələn qonaqları və festival iştirakçılarını salamladı və festival münasibətilə qonaqları təbrik etdi. O, çıxışında cənab Prezident İlham Əliyev və onun xanımı - YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin, incəsənətinin adət ənənələrinin inkişafında, qorunub saxlanılmasında gördükləri işləri,verdikləri töhvələri, həmçinin Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində Azərbaycanın aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsini xüsusi olaraq vurğulayaraq cənab Prezidentə və xanımına öz təşəkkürünü bildirdi. Sonra professor Qəzənfər Paşayev də çıxış edərək, festival iştirakçılarını salamladı və festivalın hazırlanmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi. Festival Azərbaycan və digər ölkələrdən olan aşıqların ifaları ilə davam etdi. Yekonda bütün ölkə aşıqlaırnın birgə ifası ilə festival sona çatdı.