KÖNÜLLÜLƏRƏ SERTİFİKATLAR TƏQDİM EDİLDİ
06 dekabr 2019 | 16:00
"Nəsimi ili" ilə əlaqədar olaraq ölkənin hər yerində olduğu kimi bu gün Şəmkir rayonu ərazisində də ağacəkmə kampaniyası keçirilib.
Könüllülük həftəsi ilə eyni vaxta təsadüf edən Ağacəkmə aksiyasında könüllülük fəaliyyətinin 2 ayını tamamlamış gənc könüllülərə Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tərəfindən sertifikatlar təqdim edilib.