Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir könüllüləri Şəhidimiz kampaniyasına qoşulub

04 dekabr 2019 | 16:00

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi”nə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Şəhidimiz” kampaniyası ilə start verilib.

“Şəhidimiz” kampaniyası çərçivəsində respublikanın 17 şəhər və rayonunda ümumilikdə 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət edilərək, onlarla həmrəylik nümayiş olunub.

Bu kampaniya çərçivəsində Gənc Könüllülər və RİİB Könüllüləri Şəmkir rayonunudan olan 9 şəhid ailəsinə baş çəkib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Ümumilikdə, Şəmkirdə 2 gün ərzində kampaniyaya 100-dən artıq gənc qoşulub.

Xatırladırıq ki, “Şəhidimiz” kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlanılmışdır. Ənənəvi olaraq, gənclər “Şəhidimiz” devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər.

Keçidlər