Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCANDA ANALOQU OLMAYAN "GƏNC HƏKİMLƏR BİRLİYİ" BU DƏFƏ ƏLİYAQUBLUDA- PULSUZ TİBBİ MÜAYİNƏ

02 dekabr 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizdə ilk dəfə Şəmkirdə yaradılan “Gənc Həkimlər Birliyi” qısa zaman ərzində şəmkirlilərin rəğbətini qazanıb, pasientlərinin sevimlisinə çevrilib.

Şəmkir “Gənc Həkimlər Birliyi”nin yaradılmasında əsas məqsəd Prezident Cənab İlham Əliyevin ölkəmizdə kimsəsiz və aztəminatlı ailələrə pulsuz tibbi dəstək göstərilməsi tapşırıqlarından irəli gələn ən uğurlu seçim idi.

Bu gün “Gənc Həkimlər Birliyi” rayonun Əliyaqublu kəndində sözün həqiqi mənasında bayram əhvalı yaradıblar.

Belə ki, kəndin sakinləri, xüsusilə də aztəminatlı ailələrin müayinəyə axımı sağlamlığın gənc keşikçilərinə olan inamın, sevginin bariz nümunəsidir. Bu gün kənddə həkimə ehtiyacı olan hər kəs orada idi. Hətta onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və “Gənc Həkimlər Birliyi”nə minnətdarlıqlarını bildirmək üçün gələnlər də az deyildi.

Birlik üzvləri Əliyaqubluda 87 sakinin pulsuz tibbi müayinəsini həyata keçirib, bir nəfəri isə təmənnasız əməliyyat üçün Şəmkir Mərkəzi Xəstəxanasına dəvət ediblər.

Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.

 

Keçidlər