İCRA BAŞÇISI GƏNCLƏR TƏŞKİLATLARI MİLLİ ŞURASININ SƏDRİNİ QƏBUL EDİB
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədrini qəbul edib.
Əvvəlcə qonaqları salamlayan icra başçısı Şəmkirdəki gənclər təşkilatlarından, onların fəaliyyət istiqamətlərindən danışıb. Alimpaşa Məmmədov bildirib ki, Şəmkir gəncləri bu gün regionun ən fəal gənclərindən biridir: “Şəmkirdə “Böyük Yol” Gənclərin İctimai Birliyinin çətiri altında toplanan “Gənc Həkimlər Birliyi”, “Gənc Xeyriyyəçilər Birliyi”, “Gənc Tərbiyyəçilər Birliyi”, “Gənc Müəllimlər Birliyi” və “Gənclərin Mədəni İnkişafı Birliyi” müxtəlif sahələrdə rayon əhalisi arasında xüsusi rəğbət qazanıb və fəallıqları ilə artıq özlərindən hər yerdə söz etdirə biliblər. Bəzi bölgələrdə bu birliklərin təcrübəsindən yararlanan gənclərin də az deyil. Bu birliklər artıq bütün sahalərdə rayonun ayrılmaz parçasına, gündəlik fəal həyat tərzinə çeviriliblər. Onlar müxtəlif sahələrdə rayon gənclərinin aktiv olmasında mühüm rol oynayırlar”.
Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova da səmi qəbula görə icra başçısına təşəkkür edib və ARGTMŞ və UNİCEF-in maliyyə dəstəyi il “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraların yaradılması” layihəsi haqqında məlumat verib.
M.Məcidova bildirib ki, 5 rayonda Gənclərin Yerli Məşvərət Şuraların yaradılması” layihəsi regionlarda yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatları ilə region gəncləri ilə əmakdaşlğa stimullaşdırılması məqsədilə təşkil olunur.
Bildirilib ki, layihə Xəzər rayonu, Şəmkir, Qazax, Tovuz və Biləsuvar rayonlarını əhatə edəcək.
Sonda iştirakçılar Şəmkir rayonunda fəaliyyət göstərməsi nəzərdə tutulan Gənclərin Yerli Məşvərət Şurasının fəaliyyət dairəsi və onun yerli hakimiyyət orqanları ilə əməkdaşlığı müzakirə olunub.
.