İCRA BAŞÇISI 7 SAAT VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNİ FƏRDİ QAYDADA DİNLƏYİB
Son illər Şəmkirdə əhalinin gündəlik həyat səviyyəsini yüksəltmək, sakinlər üçün lazımi şərait yaratmaq rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən birinə çevrilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının bu günki qəbulunda 211 nəfər rayon sakininin müraciəti dinlənilib.
İcra başçısı qəbula gələn vətəndaşlara bildirib ki, Şəmkir Rayon İcra Hakimiyyətinin əsas məqsədi Şəmkir sakinlərinə layiqli xidmət göstərməkdir.
Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Qəbula gələn sakinlər Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.
Qeyd edək ki, vətəndaşların fərdi qəbulu saat 09:00-da başlayıb 16:21-də başa çatıb.