Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və Təbii Sərvətlər naziri Şəmkirdə vətəndaşları qəbul edib

28 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev Muxtar Babayev Şəmkir və Tovuz rayonlarının sakinlərini qəbulunu həyata keçirib.

Qəbuldan əvvəl Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Muxtar Babayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar və qonaqlar Şəmkir şəhər Parkı ilə tanış olublar.

Daha sonra nazir Şəmkir Heydər Əliyev Mərkəzində vətəndaşların müraciət və təklifi dinləyib.

Nazir Muxtar Babayev tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Keçidlər