Şriftin ölçüsü :

Saytın rəngi :

Sosial şəbəklərdə vətəndaşların müraciətlərinə operativ yanaşıldığına görə icra başçısına təşəkkür etdilər- Ağlavaşlıda səyyar görüş

27 noyabr 2019 | 16:00

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu gün rayonun Ağlavaşlı kənd sakinlərini fərdi şəkildə qəbul edib.

Qəbuldan əvvəl kənd sakinləri ilə səmimi söhbət edən icra başçısı bildirib ki, bu gün xalqımızın sosial müdafiəsinin təmin edilməsi istiqamətində Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək vətəndaşlarımıza layiqli xidmət etməyə çalışırıq.

Daha sonra fərdi şəkildə müraciət etmək istəyən vətəndaşlar dinlənilib.

Qəbul zamanı kənd sakinləri tərəfindən sosial problemlər, mübahisəli torpaq məsələsi və digər məsələlər barədə müraciətlər edilib. Edilən müraciətlərdən bəziləri yerindəcə həllini tapıb, digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Ağlavaşlı kəndində keçirilən səyyar qəbula sosial şəbəkələrdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi səhifələrinə vətəndaşlar tərəfindən yazılan müraciətlərə operativ yanaşıldığına görə təşəkkür üçün gələn sakinlər də var idi.

 

Keçidlər