Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNUB

22 noyabr 2019 | 16:00

Ulu öndər Heydər Əliyevin imzası ilə tarixə yazılan 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı artıq 16 ildir ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilir.

Bu münasibətlə bu gün Şəmkirdə bayram tədbiri keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, peşə bayramlarını sonsuz iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə müəssisə rəhbərləri iştirak etdikləri bayram tədbiri iştirakçıları əvvəlcə Şəmkir şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələrdə sürətli tərəqqiyə nail olunmasını xüsusi qeyd edib.

Ədliyyə işçiləri isə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarını bildiriblər.

Biz də Şəmkir Rayon İcra Hakimiyyəti olaraq bütün ədliyyə işçilərini təbrik edir, şərəfli peşələrində onlara uğurlar arzulayırıq!

Peşə bayramınız mübarək!

Keçidlər