Şriftin ölçüsü :

Saytın rəngi :

"CƏNAB PREZİDENTİMİZİN TƏK İSTƏYİ XALQIMIZIN XOŞBƏXT VƏ FİRAVAN YAŞAMASIDIR"- ALİMPAŞA MƏMMƏDOV

20 noyabr 2019 | 16:00

Bu məqsədlə Alimpaşa Məmmədov vətəndaşlarla yerlərdə tez-tez görüşlər keçirir, qarşılaşdıqları problemlərin həlli istiqamətində aidiyyəti qurumlara ciddi tapşırıqlar verir.
Bu gün daha bir səyyar qəbul-görüş rayonun Çinarlı qəsəbəsində keçirildi.

Yerli sakinlərlə səmimi söhbət edən icra başçısı əvvəlcə respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı: “Siz əmin olun ki, rayonumuzdakı bu inkişafın fədakarları siz şəmkirlilərsiniz. Sizin zəhmətinizin nəticəsidir ki, bu gün Şəmkir ölkəmizin ən inkişaf etmiş regionlarından birinə çevirilib. Şəmkir sakinləri zəhmətkeş insanlardır. Şəmkirin inkişafı üçün gecə-gündüz çalışmağa hazırıq. Siz şəmkirliləri xoşbəxt görmək bizi çox sevindirir. Çünki Cənab Prezident İlham Əliyevin tək istəyi xalqımızın təhlükəsiz, xoşbəxt və firan yaşamasıdır”.

Daha sonra fərdi qaydada vətəndaşların müraciətləri dinlənilib.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər