AAY-NIN İDARƏ HEYƏTİNİN SƏDRİ ŞƏMKİRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbulunu həyata keçirib.
Qəbuldan əvvəl Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Saleh Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar və qonaqlar Şəmkir şəhər Parkı ilə tanış olublar.
Daha sonra Saleh Məmmədov Şəmkir Heydər Əliyev Mərkəzində vətəndaşların müraciət və təklifi dinləyib.
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.