“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanımızın dilbər güşələrindən olan Qəbələ, Şəki, Zaqatala rayonlarına səfər edəcək şagirdlər arasında rayonun 19 ümumtəhsil orta məktəbindən 40 nəfər Şəmkir məktəbliləri də var.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov layihə çərçivəsində səfərə çıxacan rayonda təlim-tərbiyəsi və təhsili ilə fərqlənən 9-10-11-ci sinif şagirdlərini yola salıb.
İcra başçısı keçirilən tur-aksiyaların önəm və mahiyyəti olduqca böyük olduğunundan danışıb.
Alimpaşa Məmmədov bu gün ölkəsinin tarixinə, mənəvi irsinə, dərindən bələd olan savadlı gəncləri müxtəlif yüksək vəzifələrə təyin edildiyini bunun da ölkə başçısının gənclərə necə böyük ümidlər bəslədiyini aydın şəkildə ifadə etdiyini bildirib.