İCRA BAŞÇISININ MƏKTƏBLİLƏRLƏ SƏMİMİ GÖRÜŞÜ - FOTOLAR
"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Bakının Nərimanov, Binəqədi, Xətai, Qaradağ, Nəsimi, Xəzər rayonlar və Xaçmaz, Siyəzən məktəbliləri Şəmkir rayonunda olublar.
Tur-aksiya iştirakçılarını Şəmkir Şəmkir Heydər Əliyev Mərkəzinin qarşısında rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədov qarşılayıb, onlara Şəmkirdə mənalı istirahət arzulayıb.
Daha sonra Alimpaşa Məmmədov tur-aksiya iştirakçıları ilə Şəmkir Tarix-Diyarşünaslıq muzeyinə gedib və məktəblilərlə səmimi görüş keçirib.
İcra başçısının səmimi görüşündən məmnun qalan məktəblilər Şəmkirdə olduqları üçün sevinclərini gizlətməyib, icra başçısı ilə tək-tək rəsm çəkdiriblər.
Məktəblilərin xahişini nəzərə alaraq görüşdə çəkilən bütün fotoları izləyicilərimizə təqdim edirik.