Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR İDMANÇISI DÜNYA ÜÇÜNCÜSÜ OLDU

14 noyabr 2019 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda, Sərhədçi Olimpiya İdman Kompleksində qeyri-olimpiya idman növü daxil olan MMA Pankration və Grappling idman növü üzrə Dünya çempionatı keçirilib.

Yarışda Şəmkir rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə MMA Pankration və Grappling idman növü üzrə məşqçi-müəllimi Habil Hacıyev rəhbərliyi altında Şəmkir komandası uğurla çıxış edib.

19 ölkənin iştirak etdiyi yarışda Şəmkir rayonunun Çinarlı qəsəbəsindən olan Həsənov Əli Elçin oğlu 12-13 yaş qrupunda 60 kq çəki dərəcəsində Dünya Çempionatında 3-cü yerə layiq görülmüşdür.

İdmançımızı təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!

Keçidlər