Şriftin ölçüsü :

Saytın rəngi :

"Cənab Prezidentin fəaliyyətinin əsas qayəsi sizlərə layiqli xidmət prinsipi üzərində qurulub" - Alimpaşa Məmmədov

06 noyabr 2019 | 16:00

“Prezident Cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub”.

Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu gün Qapanlı sakinləri ilə keçirilən səyyar qəbul-görüşdə bildirib.

Qəbuldan öncə icra başçısı kənd sakinləri ilə ümumi qaydada söhbət edib, ölkəmizdə və rayonumuzda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verib.

Daha sonra sakinlər fərdi qaydada dinlənilib.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, mübahisəli torpaq məsələləri, kənddaxili yolların təmiri barədə olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər