KÖNÜLLÜLÜKDƏN İCRA HAKİMİYYƏTİ BAŞÇISI APARATINA
Şəmkir rayon Dağ Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsi Ələsgərov Mafəddin Rafail oğluna həvalə olunub.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Ələsgərov Mafəddin Rafail oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dağ Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsinə təyin edilib.
M.Ələsgərov 18 may 1993-ci il tarixində Şəmkir şəhərində dünyaya gəlib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsini bitirib.
Daha öncə Şəmkir Rayon İcra Hakimiyyətində və Şəmkir Rayon Gənclər Mərkəzində könüllü kimi fəaliyyət göstərib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Mafəddin Ələsgərovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!