Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkir sakinlərinin məmnunluğu bizim baş ucalığımızdır" - Alimpaşa Məmmədov

01 noyabr 2019 | 16:00

Hər zaman Şəmkirə və şəmkirlilərə xidmət etməyin bir şərəf olduğunu bildirən Alimpaşa Məmmədov bu gün keçirilən vətəndaşların şifahi qəbulu zamanı 94 nəfərin müraciətini dinləyib. Bu günki qəbuluna da insanlar böyük ümidlə gəlmişdirlər.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdi.

İcra başçısı bildirib ki, Prezident Cənab İlham Əliyev yürütdüyü siyasətdə həmişə vətəndaş amilinə önəm verib. Məhz bu siyasətin çox diqqətçəkici istiqamətlərindən biri də onun vətəndaşlarla bağlı prinsiplərə söykənməsdir: “Ölkə Prezidentini xalqa sevdirən ən mühüm cəhətlərdən biri də odur ki, o, heç vaxt problemlərdən yan keçmir, əksinə, onları öyrənir və həlli üçün cəsarətli, qəti tədbirlər görür, bunu hər bir dövlət məmurundan tələb edir”.

Qəbul zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

Heç vaxt sakinlərin inamını boşa çıxarmayan icra başçısı vətəndaşlarla münasibətə həssas olmağı, onların dərdinə şərik olmağı, problemlərini öz problemləri kimi həll etmək istiqamətində ciddi tapşırıqlar verdi: “Doğrudan da dövlət başçımızın dəfələrlə qeyd etdiyi kimi, “Azərbaycanda dövlət insanların maraqlarının keşiyindədir... Azərbaycan dövləti sosial dövlətdir, çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır”. Bizim üçün də şəmkirlilərin məmnunluğu baş ucalığımızdır.

Keçidlər