BALACA FİDANLARDAN MARAQLI KOMPOZİSYALAR
Bildiyiniz kimi Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə "Bağçanın təqdimatı" başlığı altında layihə həyata keçirilir.
Layihə çərçivəsində növbəti təqdimatı Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının fidanları ediblər.
Şəmkir Gənclər Mərkəzində keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.
Körpə fidanlar bir-birindən maraqlı kompozisyalarla izləyicilərin diqqətini çəkməyi bacarıblar.
Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov gözəl təqdimata görə uşaq bağçasının kollektivinə təşəkkürünü bildirib.
İcra başçısı Respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkəmizdə körpələrə göstərilən qayğıdan danışıb. Bildirib ki, bu qayğının nəticəsidir ki, bu gün Şəmkirdə körpələr evi uşaq-bağçaları təmir edilir, yeniləri tikilir.
Rayon rəhbəri uşaqlara, eləcə də bütün körpələrə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmyin vacib olduğunu vurğulayıb.