Şriftin ölçüsü :

Saytın rəngi :

Yerli Ekspert Komissiyası üzvlərinin iştirakı ilə iclas keçirilib

24 oktyabr 2019 | 16:00

Bu gün Şəmkir rayonunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Sərəncamın icrası ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir.

Respublikamızın hər yerində olduğu kimi, Şəmkirdə də həmin Tədbirlər Planında qeyd olunan yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş tapşırıqların icrası məqsədilə Yerli Ekspert Komissiyası yaradılıb. Komissiyanın tərkibinə isə icra hakimiyyətinin məsul işçiləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri daxil edilib.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətində Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun və komissiya üzvlərinin iştirakı ilə həmin Yerli Ekspert Komissiyasının iclas keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov iclası giriş sözü ilə açaraq ölkə başçısı İlham Əliyev tərəfindən verilən tapşırığın, bununla bağlı hazırlanmış Tədbirlər Planının əhəmiyyətindən söz açıb. Ölkə vətəndaşlarının torpaqdan səmərəli istifadəsi baxımından atılan bu addımın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Sonra komissiya üzvlərinin iştirakı ilə Tədbirlər Planında icrası nəzərdə tutulan məsələlər müzakirə olunub.

Qeyd olunub ki, Yerli Ekspert Komissiyası tərəfindən tədbirlər planına uyğun olaraq sənədlər tam işlənib yekunlaşmaq üzrədir.

İcra başçısı qeyd olunan məsələlərlə bağlı komissiya üzvlərinə aidiyyəti üzrə bəzi tapşırıq və tövsiyələrini verib.

Keçidlər