KEÇİLİ KƏNDİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayonun müxtəlif kənd və qəsəbələrində vətəndaş qəbulu davam edir.
İcra başçısının rayonun Keçili kəndində sakinlərlə keçirilən səyyar qəbul-görüşündə Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov da iştirak edib.
Qəbuldan əvvəl kənd sakinləri ilə səmimi söhbət edən Alimpaşa Məmmədov bildirib ki, bu gün xalqımızın sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən ən vacibidir: “Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək bizim də əsas məqsədimiz vətəndaşlara layiqli xidmət etməkdir”.
Son illər ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da böyük işlər görüldüyünü vurğulayan Keçili kənd sakinləri isə Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.
Daha sonra sakinlərin müraciətləri dinlənilib.
Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən elektrik dirəklərinin dəyişdirilməsi, yolların təmiri, suvarma suyu, mübahisəli torpaq məsələləri və sosial yardım barədə olub.
Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.