Şəmkir rayonu taekvondo yarışlarına ev sahibliyi edəcək
Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi və Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr edilmiş Şəmkir Açıq Birinciliyi 26-27 tarixlərində keçiriləcək.
Yarışda 2008/09, 2010/11-ci il uşaqlar, 2005/07-ci il yeniyetmə, 2002/04-cü il təvəllüdlü gənclər qüvvələrini sınayacaq.
Turnir “DAEDO international” taekvondo sistemi ilə keçiriləcək.
Yarışları təşkil etməkdə məqsəd taekvondo idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.
Şəmkir Olimpiya İdman Kompleksində təşkil ediləcək yarışda I,II,III yerləri tutan idmançılar, rayon Gənclər və İdman idarəsinin müvafiq diplom və medalları ilə təltif olunacaq.