Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və KOBİA-nın nümayəndələri "AzAqro" MMC-də və ZTP-də olub

16 oktyabr 2019 | 16:00

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") şəbəkəsinin Şəmkir rayonunda nümayəndəliyi fəaliyyətə başlayıb.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, KOBİA-nın təşkilatçılığıilə Şəmkir Gənclər Mərkəzində "KOB Dostu"nun fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdən sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "AzAqro" MMC-də və Zəyəm Texnalogiyalar parkında olublar.

Qonaqlara hər iki müəssisənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, müəssisələrlə əyani tanışlıq olub.

"AzAqro" MMC-nin rəhbərliyi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədova göstərilən dəstəyə görə Təşəkkürnamə verilib.

 

Keçidlər