İCRA BAŞÇISI YENİ ÇƏKİLƏN YOLA BAXIŞ KEÇİRDİ, SAKİNLƏRİN TƏKLİFLƏRİNİ DİNLƏDİ
Şəmkir rayonun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq müvafiq işlərə artıq yekunlaşmaq üzrədir.
Uzun müddətdir ki, asfalt-beton örtüyü yararsız vəziyyətdə olan yolların eni genişləndirilir, yol boyu zəruri olan yerlərdə yararsız hala düşmüş hissələr təmir edilir yeni yol salınır.
Tikinti işləri çərçivəsində köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə isə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə sözügedən avtomobil yoluna müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti Alimpaşa Məmmədov yeni salınan yolda işin gedişatı ilə maraqlanıb.
İş icraçıları bildirib ki, yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisindən sonra 85 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq və avtonəqliyyat vasitələrinin Bakı-Qazax-Gürcüstan avtomobil yoluna rahat çıxışı təmin olunacaq.
İcra başçısı həmin ərazilərin sakinləri ilə də görüşüb, onların istək və təkliflərini dinləyib. Şəmkirdə əhalinin çox sıx şəkildə yaşadığı əraziləri birləşdirən avtomobil yolunun təmirinə görə sakinlər Cənab Prezident Cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.