Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ ADAU SÖHBƏTİ- MƏKTƏBLİLƏRƏ AQRAR UNİVERSİTETİN İMKANLARINDAN DANIŞILDI

10 oktyabr 2019 | 16:00

Bu gün Şəmkir Heydər Əliyev Mərkəzində “Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi çərçivəsində rayon məktəbliləri ilə görüş keçirilib.

Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib.

Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra orta məktəb məzunlarına Aqrar Universitet barədə ətraflı məlumatlar verilib, universitetin imkanlarından bəhs edən qısa film nümayiş olunub.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov bildirib ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu gün Şəmkir istixanaları dünyada məşhurdur. Şəmkir kənd təsərrüfatı məhsullarının istehsalına görə ölkəmizdə qabaqcıl yerlərdən birini tutur. Bütün bu imkanları daha da genişləndirmək və daha böyük uğurlara imza atmaq üçün keyfiyyətli və bacarıqlı kadrlara ehtiyacımız var və təbii k, bu ehtiyacı da məhz ADAU ödəyəcək.

Görüşdə Aqrar Universitetin rektoru İbrahim Cəfərov ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb.

Təhsil müəssisəsinin mövcud uğurlarında, maddi texniki bazanın gücündən danışan rektor xüsusi vurğulayıb ki, Universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir.

Tədbirdə şagirdləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələrini maraqlandıran bir sıra suallara aydınlıq gətirilib.

Keçidlər