Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Dövlət Bayrağı Günü” qeyd olundu!

09 noyabr 2014 | 16:00

09.11.2014-cü il tarixdə Şəmkir rayon İcra Hakimiyyəti və "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin birgə təşkilatçılığı ilə Bayraq meydanında Dövlət bayrağı günü tədbiri təşkil olunmuşdur. Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin məsul işçiləri, Gənclər və İdman idarəsinin nümayəndələri, rayon rəsmiləri və ictimaiyyəti iştirak edirdi.
Tədbirdə çıxış edənlər ölkəmizdə dövlət rəmzlərinə, o cümlədən bayrağa böyük hörmət və sevgi bəslənildiyini vurğuladılar.
Qeyd olundu ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun “Dövlət Bayrağı Günü” kimi qeyd olunması və Respublikanın bütün bölgələrində Bayraq meydanı inşa edilməsi dövlət rəmzlərinə və atributlarına verilən dəyərin əyani sübutdur.
Tədbir Dövlət bayrağımıza həsr olunmuş şeirlər, məktəblilərin çıxışları və rəngarəng müsiqilərlə davam etdi.

Keçidlər