Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə növbəti ağac əkmə aksiyası keçirilmişdir.

08 noyabr 2014 | 16:00

   7 noyabr 2014 – cü il tarixdə Şəmkir rayonunda növbəti ağac əkmə aksiyası keçirilmişdir. Aksiya zamanı 6700 ədəd ting əkilib. Şəmkir rayon İcra Hakimiyyəti aparatının işçiləri, rayon ziyalıları, yerli təşkilatların nümayəndələri və şəhər sakinləri bu təşəbbüsə qoşularaq, ağacəkmə kampaniyasında həvəslə iştirak ediblər. 
   Təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün Seyfəli kəndi ərazisində, Şəmkir dəryaçasına gedən 3.5 km – lik avtomobil yolunun sağ və sol kənarlarına 6000 ədəd akasiya, 300 ədəd cökə, 200 ədəd gilas və 200 ədəd nar tingləri əkilmişdir. Aksiyaya rayon gəncləri böyük həvəslə dəstək veriblər.
   Ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunub. Sakinlərin xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidilib və suvarılıb. Əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub. Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən bu aksiya gələcəkdə də davam etdiriləcək.

Keçidlər