İCRA BAŞÇISI KÖNÜLLÜ SAKİNLƏRİNİN MÜRACİƏTLƏRİNİ FƏRDİ QAYDADA DİNLƏYİB
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayonun müxtəlif kənd və qəsəbələrində vətəndaş qəbulu davam edir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün Könüllü sakinlərinin müraciətlərini fərdi qaydada dinləyib.
Qəbuldan öncə icra başçısı kənd sakinləri ilə ümumi qaydada söhbət edib, ölkəmizdə və rayonumuzda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verib.
Daha sonra icra başçısı respublikamızda, o cümlədən Şəmkirdə aparılan hərtərəfli inkişafdan danışdı. Bildirdi ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, hər bölgədə, eləcə də rayonumuzda geniş abadlıq-quruculuq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, digər sosial layihələr icra edilir.
Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, mübahisəli torpaq məsələləri, kənddaxili yolların təmiri barədə olub.
Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb