Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD EDİLİB

01 oktyabr 2019 | 16:00

Şəmkir rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə rəhbərləri iştirak etdikləri bayram tədbiri iştirakçıları əvvəlcə Şəmkir şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qeyd edib ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub.

İcra başçısı bildirib ki, Prezident İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğıkeşliklə yanaşıb. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının bu gün məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.

Alimpaşa Məmmədov Prezident İlham Əliyevin xüsusi diqqət və qayğıkeşliyini vurğulayaraq bildirib ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına şərəflə xidmət edir.

 

Keçidlər