Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc şahmatçımız Dünya Çempionatına vəsiqə qazandı!

08 noyabr 2014 | 16:00

   Quba şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən məktəblilər arasında keçirilən ölkə çempionatının final mərhələsi başa çatdı.
Ölkə çempionatında Azərbaycanın bir çox bölgələrindən olan şahmatçılarla bərabər Şəmkir  rayon "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin Şahmat klubunun üzvü Nağıyeva Xəyalə də öz rəqibləri ilə mübarizə aparırdı.
Oyun boyunca turnir cədvəlinə daim liderlik edən Nağıyeva Xəyalə turnirin sonunda bütün rəqiblərinə qalib gəldi və 16 yaşlı qızlar arsında ölkə çempionu seçilərək diplom və medalla təltif olundu.
Beləliklə, ölkə çempionu seçilən fəxrimiz Xəyalə Tailandda keçiriləcək Dünya Çempionatına vəsiqə qazandı.
  Şahmatçımıza növbəti yarışlarda uğurlar!

Keçidlər