Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Kamran Bayramov Şəmkir Gənclər Mərkəzində rayonun fəal gəncləri ilə görüşüb.

25 sentyabr 2019 | 16:00

Kamran Bayramov görüşdə bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsilə bağlayır. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olaraq ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Ölkəmizdə də gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olublar. Onlar hər zaman Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak ediblər. Bu gün dövlət gənclər siyasətinin ölkədə uğurla həyata keçirilməsi nəticəsində gənclərin önündə böyük qapılar, yollar açılıb. Gənclərimiz bu imkanlardan layiqincə yararlanır, həm öz inkişaflarını təmin edir, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışırlar.

Fərəhli haldır ki, bu günün gəncləri ölkə başçısı, Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, çiçəklənməsi naminə hər bir sahədə böyük fəallıq göstərirlər.

Şəmkir Rayon Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov da çıxışında Şəmkirdə gənclərə yaradılan şəritdən danışıb.

Fəal gənclər isə çıxış edərək, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, dövlət, xalq qarşısında öz vəzifə və məsuliyyətlərini yaxşı dərk etdiklərini bildiriblər.
Gənclər tədbir iştirakçılarını əmin ediblər ki, bundan sonra da Heydər Əliyev ideologiyasına sadiq qalacaq, verilən tapşırıq və göstərişləri qürurla yerinə yetirəcəklər.

Maraqlı diskussiya şəraitində keçən görüşdə gənclərin problemləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb, təklifləri ətrafında müzakirələr aparılıb.

 

Keçidlər