Şriftin ölçüsü :

Saytın rəngi :

"Bir ana üçün övladını təhlükəsiz şəraitdə böyütməkdən önəmli heç nə ola bilməz" - Təzəkənddə səyyar qəbul-görüş

25 sentyabr 2019 | 16:00

Şəmkirdə vətəndaş amilini hər zaman ön plana çəkən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rəsmi qəbul günündən başqa rayonun müxtəlif kənd və qəsəbələrində olur, sakinlərlə görüşür. Bir sözlə icra başçısını günün istənilən saatında şəmkirlilərin yanında görmək mümkünüdür.

Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeşliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan rayon İcra Hakimiyyəti başçısı bu gün rayonun Təzəkənd kənd sakinlərini fərdi şəkildə qəbul edib.

Qəbuldan əvvəl kənd sakinləri ilə səmimi söhbət edən Alimpaşa Məmmədov bildirib ki, bu gün xalqımızın sosial müdafiəsinin təmin edilməsi istiqamətində Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək vətəndaşlarımıza layiqli xidmət etməyə çalışırıq.

Daha sonra fərdi şəkildə müraciət etmək istəyən vətəndaşlar dinlənilib.

Qəbul azyaşlı övladı ilə gələn kənd sakinlərindən biri bildirib: “Bütün şəmkirlilər adından Azərbaycanımız üçün gördüyü işlərə görə Cənab Prezidentimizə təşəkkürümüzü bildiririəm. Bu gün övladlarımızı təhlükəsiz şəraitdə böyüdürük. Bir ana üçün bundan önəmli heç nə ola bilməz. Sizdən xahiş edirəm ki, bu səmimi sözlərimizi hörmətli Prezidentimizə bildirin".
Həmçinin qəbulda kənd sakinləri tərəfindən sosial problemlər, mübahisəli torpaq məsələsi və digər məsələlər barədə müraciətlər edilib.

Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Keçidlər