Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ müharibəsi əlili yeni evində ziyarət olunub

18 sentyabr 2019 | 16:00

Xalqımız tarix səhnəsinə neçə-neçə vətənpərvər, qəhrəman oğullar bəxş edib. Onlar ana Vətəni daim əziz tutub, gözlərini qırpmadan onun uğrunda canlarından keçməyə hazır olublar. Qədirbilən xalqımız hər zaman igid oğulları ilə fəxr edib, dövlətimiz isə onlara hərtərəfli diqqət göstərib. İgidlərimizin bir çoxu rəşadətli döyüş yolu keçərək veteran adı qazanıb. Bu insanlara böyük dəyəri isə məhz ulu öndər Heydər Əliyev verib. Azərbaycan xalqının ümummilli lideri onları yüksək qiymətləndirərək deyib: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”.

Bu gün Şəmkir rayonunda da Qarabağ müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri hər zaman diqqət mərkəzində saxlanılır.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir Rayon Şöbəsinin əməkdaşları Qarabağ müharibəsi əlili Qasımov Rövşən Talıb oğlunun dövlət tərəfindən tikilmiş yeni evində ziyarət ediblər.

Qarabağ müharibəsi Əlili Rövşən Qasımov yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial təminatlarının mütəmadi olaraq gücləndirilməsi yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıb. Onlar dövlətin qayğısı ilə əhatə olunduqlarına, həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə, bu gün isə yeni yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər