KÖNÜLLÜLÜKDƏN İCRA HAKİMİYYƏTİ BAŞÇISI APARATINA
23 yaşlı gənc yeni vəzifəyə təyin edildi
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni kadr təyinatı olub.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Cavadov Miraqil Cəlil oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında baş mütəxəssis vəzifəsinə təyin edilib.
M.Cavadov 17 may 1996-ci il tarixində Şəmkir rayonunun Sabirkənd kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
Daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında, Şəmkir Rayon Gənclər və İdman idarəsində könüllü kimi fəaliyyət göstərib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Miraqil Cavadovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!